“COP29 tədbirində dörd minə qədər yerli və beynəlxalq media nümayəndəsi qeydiyyatdan keçib”.
Sfera.az bildirir ki, bunu COP29 Azərbaycan əməliyyat şirkətində media hazırlığı şöbəsinin rəhbəri Sevda Cahangirova deyib.
O, fikirlərini bu cür davam etdirib:
“Departamentimizin əsas vəzifəsi yerli media nümayəndələrinin tədbirdən əvvəl və tədbir zamanı, həmçinin bütün qeydiyyatdan keçmiş beynəlxalq media nümayəndələrinin ölkəyə girməzdən öncə, girdikləri zaman və ölkədə olduqları müddətdə işlərinin təşkilidir”.
S.Cahangirova qeyd edib ki, aidiyyəti şöbə bu missiyanın öhdəsindən gəlib və COP29 tədbirini dünya mediasında layiqincə təmsil etməyə nail olub.
Ətraflı videoda:
Türkan