AZ

Abxaziyada nə baş verir?

Bir neçə gündür ki, Abxaziyanın paytaxtı Suxumidə davamlı etirazlar gedir. Səbəb: Abxaziyanın Rusiya ilə sərmayə fəaliyyəti barədə sazişidir.

Bu saziş, Rusiya iş adamlarına(Kremlə yaxın) Abxaziya ərazisində bir neçə strateji sahədə ağlasığmaz imtyazların verilməsini nəzərdə tutur. Sözügedən saziş, yerli əhalinin faktiki olaraq sahibkarlıq imkanlarını məhdudlaşdıraraq onu ucuz iş qüvvəsinə çevirir.

Bugünkü etirazlar, prosesin gərginliyin pik nöqtəsinə çatmasının əlamətidir, amma heç bir halda ilk mərhələsi deyil, ona görə ki, Abxaziyada sazişin imzalanması bir neçə ay idi ki müzakirə olunur. Abxazlar, qondarma respublikanın hökuməti tərəfindən bəlli sazişin imzalanmasını əngəlləyirdilər və Rusiya hakimiyyəti buna cavab olaraq:

- Sentyabr ayında Abxaziyaya verilən bütün sosial müavinatları kəsib;

- Enerjiyə bütün lqotlar ləğv edilib;

- Abxaziyanın qondarma hökumətindən, Rusiyanın maraqlarına zidd olan fəaliyyət aparan bütün siyasi fəallar barədə məlumatların Rusiyaya ötürülməsi tələb olundu.

Baxmayaraq ki, abxazlar tarix boyu rusyönlü olublar, Rusiya ilə bu sazişi özlərinə təhqir kimi qəbul etdilər. Etirazlarda maraqlı məqamlardan biri də odur ki, mitinqlərdə Rusiya bayrağı da görsənir.

Hal-hazırda abxazlar sazişinin imzalanmamasına nail olublar və qondarma hökumət başçısı Aslan Bjaniya istefa verməyə hazır olduğunu bəyan edib.

Bütün bu hadisələr Abxaziya-Rusiya, Abxaziya-Gürcüstan, Rusiya-Gürcüstan münasibətlərinə, Gürcüstandaki onsuzda da gərgin daxili siyasi durumuna necə təsir edəcəyi isə sual olaraq qalıb.

Başqa bir məsələni də fakt kimi təqdim etmək olar, görsənən odur ki, Rusiya iqtisadiyyatı çox ağır durumda olduğuna görə satelitlərini "sağmağa" başlayıb və siyasi riskləri nəzərə almır.

Kamran Cəfərov

visiontv.az



Seçilən
7
visiontv.az

1Mənbələr