Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün G20 sammitində iştirak etmək üçün Brazilyaya səfər edib.
"Operativ Məlumat Mərkəzi-OMM" Türkiyə KİV-ə istinadən xəbər verir ki, Ərdoğan Braziliya prezidenti Lula Da Silva ilə görüşüb.
Görüşdə Türkiyə ilə Braziliya arasında ikitərəfli əlaqələr, regional və qlobal məsələlər müzakirə edilib.
Prezident Ərdoğan görüşdə Türkiyə ilə Braziliya arasında əlaqələrin inkişafında yüksək səviyyəli dialoqun vacib olduğunu və iki ölkə arasında strateji tərəfdaşlığın inkişafı üçün çalışacaqlarını bildirib.
Qeyd edək ki, Ərdoğanın sammit çərçivəsində bir çox lider və rəsmilərlə görüşü gözlənilir.