AZ

Qlobal bazarlarda son vəziyyət - GÜNƏ BAXIŞ

Ötən həftə Amerikada  İstehlak Qiymətləri İndeksi və İstehsal Qiymətləri İndeksinin artımla açıqlanmasından sonra FED-in faiz endirimlərinə fasilə verəcəyi ehtimallarının artması fonundan dollar öz güclü mövqelərini qoruyub saxlaya bilib. 

ABŞ Əmək Departamentinin məlumatlarına görə, oktyabr ayında İstehlak Qiymətləri İndeksi (CPİ) proqnozlara uyğun olaraq keçən ilin eyni ayı ilə müqayisədə 2.6% artıb. 

Aylıq müqayisədə də istehlak qiymətləri ehtimal olunduğu kimi, 0.2% yüksəlib.

Ərzaq və enerji istisna olmaqla hesablanan baza inflyasiya  (Core CPİ) aylıq 0.3%, illik isə 3.3% artıb. Analitiklər də baza inflyasiyanın aylıq 0.3%, illik isə 3.3% artacağını bəyan etmişdilər.

ABŞ-da istehlak qiymətlərinin oktyabr ayında gözlənildiyi kimi artmağa davam etməsi inflyasiyanın aşağı kursunun ilin ortalarından etibarən yavaşladığını göstərir. Bu, cari vəziyyətin Federal Ehtiyatlar Sisteminin gələn il daha məhdud faiz endirimi etməsinə səbəb ola biləcəyi ilə bağlı ehtimalların güclənməsinə səbəb olub.

Dərc olunan inflyasiya göstəriciləri birjalarda sürətli reaksiyalara səbəb olub. ABŞ-ın 10 illik Xəzinədarlıq istiqrazlarının gəlirliliyi 4.378%-ə düşüb. Valyuta bazarında dollar artım tendensiyasını qoruyub saxladı. EURUSD 1.0550, GBPUSD 1.2680, qızıl isə 2560$-a kimi ucuzlaşıb.

Cari həftə ərzində isə Amerikada Sənaye Sektorunda Biznes Aktivliyi indeksi, Xidmət Sektorunda Biznes Aktivliyi İndeksi, Filadelfiya FED-dən Biznes Aktivliyi İndeksi və İşsizlik Müavinəti üçün Müraciətlərin Sayı östəriciləri dünya birjalarında dolların qiymətlərinə yön verə bilər.

Bu həftə, həmçinin, İngiltərədə, Anrozonada, Almaniyadan və Kanadada dərc olunacaq İstehlak Qiymətləri İndeksi (CPİ), İstehsal Qiymətləri İndeksi (PPİ) və Türkiyə Cümhuriyyəti Mərkəzi Bankının faiz qərarı investorların diqqət mərkəzində olacaq. Bundan başqa, həftə ərzində Avrozonada, Almaniyada və İngiltərədə Sənaye Sektorunda Biznes Aktivliyi indeksi, Xidmət Sektorunda Biznes Aktivliyi İndeksi və Kompozit Biznes Aktivliyi İndeksi, Almaniyada ÜDM-in Həcminə dair statistik rəqəmlər də açıqlanacaq. 

Bundan başqa, investorlar həftə ərzində, Avropa Mərkəzi Bankının sədri Kristin Laqardın və İngiltərə Mərkəzi Bankının sədri endryu Beylinin çıxışlarını da diqqət mərkəzində saxlayacaqlar.

EUR

Ötən həftənin cümə axşamı günü verilən məlumatlara əsasən, 2024-cü ilin üçüncü rübündə Avrozonanın ÜDM-i əvvəlki rüb ilə müqayisədə 0.4% artıb. İllik ifadədə isə Avrozona iqtisadiyyatı 0.9% böyüyüb. Hər iki göstəricinin dinamikası ekspertlərin ilkin proqnozları ilə üst-üstə düşüb. Avrozonanın Sənaye Sektorunda İstehsal Həcmi aylıq ifadədə avqust ayı ilə müqayisədə sentyabr ayında 2%, illik müqayisədə isə 2.8% azalıb. Analitiklər göstəricinin aylıq ifadədə 1.4%, illik ifadədə isə 2.0% azalacağını proqnozlaşdırmışdılar. 

Nəticədə, həftəyə 1.0706 səviyyəsində başlayan EURUSD məzənnəsi ucuzlaşaraq 1.0496 həddini test etdi.

Həftəlik şamını 1.0527 səviyyəsində tamamlayan EURUSD cütlüyündə tendensiyanın formalaşmasına cari həftə ərzində Almaniyada və Avrozonada dərc olunacaq CPİ, PPİ, eləcə də sənaye və xidmət sektorlarında PMİ göstəriciləri ciddi təsir edə bilər.

GBP

Keçən həftəyə 1.2925 səviyyəsində başlayan GBPUSD məzənnəsi həftə ərzində 1.32596 həddinə qədər ucuzlaşdı və həftəni 1.2606 səviyyəsində tamamladı.

GBPUSD məzənnəsində “ayılar” qiyməti 1.26$ həddinin altında saxlaya bilsələr, eniş tendensiyası daha kəskin xarakter ala bilər.

OİLUK

Beynəlxalq Enerji Agentliyi ötən həftənin cümə axşamı bildirib ki, Çində tələb artımı yavaşlayarkən hasilatın artması fonunda gələn il profisit gözləyir. Qurumun açıqlamasına görə, “OPEC+” hasilatı artırmaq planlarına davam edərsə, neftdə təklif artıqlığı daha da böyük olacaq. Digər tərəfdən, ABŞ-da neft ehtiyatları keçən həftə təqribən 2.1 milyon barel artaraq, prqonozları üstələyib

Nəticədə, neft qiymətləri həftənin son ticarət sessiyasında aşağıya doğru dönərək həftəni enişlə tamamladı.

Brent markalı neft 72 dollar/barelə enərkən, ABŞ xam nefti 68 dollara yaxın qalıb.

Ötən həftəyə 74$ səviyyəsində başlayan “Brent” nefti (OİLUK) həftə ərzində 70.95$ həddinə kimi ucuzlaşsa da, buradan dəstək taparaq bir qədər bahalaşdı və  həftəlik şamını 71.20$ həddində bağladı.

OİLUK-də “ayılar” qiyməti 72$-ın saxlamağı bacardığı müddətcə, eniş tendensiyası davam edə bilər.

XAUUSD

Qızıl qiymətləri ABŞ Federal Ehtiyatlar Sisteminin (FED) sədri Cerom Pavelin faiz endiriminə fasilə verilə biləcəyinə dair siqnalı verməsi ilə son iki ayın ən aşağı səviyyəsinə yaxınlaşıb.

Qızıl əvvəlki dörd seansda cəmi 4.5% ucuzlaşdıqdan sonra həftənin son ticarət günündə də ucuzlaşmağa davam etdi.

İnvestorlar dekabr ayında faiz dərəcələrinin azaldılması gözləntilərini dəstəklədilər və siyasət şərtlərinə görə, ABŞ-ın gəlirləri Pavelin iqtisadiyyatın "qeyri-adi dərəcədə yaxşı" performansını nəzərə alaraq, mərkəzi bankın faiz dərəcələrini azaltmağa tələsməyəcəyini deməsindən sonra, yüksəldi. Aşağı borclanma xərcləri qeyri-faizli qızıldan faydalanmağa meyllidir.

Qiymətli metal Donald Trampın Ağ Evdəki qələbəsindən sonra itkilərin sürətlənməsi ilə oktyabrın 31-də qeydə alınmış rekord həddən təxminən 8% ucuzlaşıb.

Dollar indeksi Trampın prezidentliyi dövründə iqtisadi artımın və korporativ mənfəətin daha da artacağına dair gözləntilər əsasında iki ilin ən yüksək səviyyəsinə yüksəlib. Güclü ABŞ dolları əksər alıcılar üçün əmtəələri daha baha edir.

Yenə də qızıl bu il 20%-dən çox bahalaşıb, FED-in monetar siyasətdə yumşalma dövrü, mərkəzi bank satınalmaları və artan geosiyasi və iqtisadi risklər səbəbilə “güvənli liman” olaraq aktuallığını davam etdirə bilər.

Ötən həftəyə 2682$ həddində start verib, 2537$-a kimi ucuzlaşdıqdan sonra, həftəlik şamını 2562$ həddində tamamlayan qiymətli metalın qarşısında duran əsas dəstək hədləri kimi, 2545$ və 2500$ səviyyələri çıxış edir. 

BİTKOİN

"Bitcoin", ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın kriptovalyuta tərəfdarı mövqeyi və FED-in faiz endirimi gözləntiləri fonunda rekordlar qırmağa davam edir.

Kriptovalyuta birjalarının lokomativi ötən həftənin çərşənbə günü axşam saatlarında 93 265$-a çataraq bütün zamanların rekordunu yenilədi. Bu artım ABŞ-da İstehlak Qiymətləri İndeksinin (CPİ) sentyabr-oktyabr ayları arasında 2.4%-dən 2.6%-ə yüksəlməsindən sonra baş verib.

Ralli zamanı bazarın faiz endirimi gözləntisi 59%-dən 83%-ə yüksəldi və "Bitcoin" də bu tendensiyadan təsirlənərək 5 noyabr seçkilərindən sonra bahalaşmasını 32%-ə çatdırdı. Lakin, yeni rekorddan sonra "Bitcoin" bir qədər gerilədi və həftəlik şamını 90.447$ səviyyəsində bağladı. Eynilə, "Ethereum" da 35%-dən çox artıb. Xüsusilə, "Dogecoin" bu dövrdə İlon Maskın dəstəyi ilə 170% bahalaşaraq diqqət çəkdi.

Məlumat İnvest-AZ İnvestisiya Şirkəti tərəfindən hazırlanıb.

Seçilən
9
marja.az

1Mənbələr