İtaliya millisinin və "Liverpul"un futbolçusu Federiko Kyeza yanvarda vətəninə qayıda bilər.
QOL.az xəbər verir ki, bu barədə "Tuttosport" məlumat yayıb.
"İnter" 27 yaşlı yarımmüdafiəçini 2025-ci ilin yanvarında mövsümün sonuna qədər icarəyə götürməyi planlaşdırır. Kyezanın transferi təşəbbüsü daha əvvəl futbolçu ilə "Yuventus"da çalışmış, hazırda "İnter"nin prezidenti olan Cüzeppe Marottaya məxsusdur.
Qeyd edək ki, Kyeza ötən yay "Yuventus"dan "Liverpul"a keçib, lakin indiyədək yeni komandasında cəmi 3 oyuna çıxıb.
Futbolçunun "Liverpul"la müqaviləsi 30 iyun 2028-ci ilə qədərdir.