AZ

Qərb Volodimir Zelenskini Rusiya ilə danışıqlara getdikcə daha çox təşviq edir – “Bloomberg” nəşri

Kiyevin müttəfiqləri getdikcə daha çox Vladimir Zelenskinin Rusiya ilə güzəştə getməli olacağını qəbul edir və onu Moskvanı danışıqlar masasına oturtmağın yeni yollarını nəzərdən keçirməyə sövq edir.

Editor.az bildirir ki, bu barədə “Bloomberg” məlumat yayıb. Onun sözlərinə görə, Ukraynada döyüşlərə son qoymaq istəyən Kiyevin müttəfiqləri Zelenskini Rusiya Federasiyasını danışıqlara cəlb etməyin yeni yollarını nəzərdən keçirməyə təşviq edir. “İki Avropa rəsmisi qeyd edib ki, Zelenskinin Rusiya lideri Vladimir Putinlə güzəştə getməli olacağı etirafı getdikcə artmaqdadır”, – nəşr qeyd edir.

“Reuters” daha əvvəl bildirmişdi ki, Vladimir Zelenski Olaf Şolzdan Vladimir Putinə zəng etməməyi xahiş edib. Buna baxmayaraq Almaniya kansleri noyabrın 15-də Rusiya prezidenti ilə danışıqlar aparıb.

//Samir Qurbanov Editor.az

Seçilən
5
editor.az

1Mənbələr