AZ

Baydenin "ballistik" qərarına, Putindən "100 min Şimali Koreya hərbçisi" cavabı

ABŞ Prezidenti Co Bayden ATACMS taktiki ballistik silahları ilə Rusiya ərazisinə zərbələr endirməyə icazə verdikdən sonra dünya konkret olaraq böyük bir təhlükənin içərisində olduğunun fərqinə vardı.
Çünki belə bir addımı Co Baydendən daha aqressiv olan Pusiya Prezidenti V. Putin susaraq qarşılamayacağı məlumdur və beynəlxalq aləmin gözü hazırda Kremldədir.

“Blumberq” nəşri məsələ ilə bağlı məlumat yayaraq bildirir ki, ölkələr arasında əməkdaşlıq dərinləşməyə davam edərsə, Şimali Koreya Ukraynadakı müharibədə Rusiyaya kömək etmək üçün 100 minə qədər hərbçi göndərə bilər.
Qeyd edək ki, Oktyabrın sonundan etibarən Ukrayna, Cənubi Koreya və ABŞ Şimali Koreya əsgərlərinin Kursk vilayətində olması barədə məlumat verir. Onların məlumatına görə, ümumilikdə Şimali Koreya Rusiyaya 12 minə yaxın əsgər göndərəcək.
Nəşr onu da qeyd edib ki, Ukraynaya qarşı müharibədə Rusiyaya kömək etmək üçün Şimali Koreya qoşunlarının göndərilməsi 18-19 noyabr 2024-cü ildə Braziliyada keçiriləcək G20 sammitində müzakirə ediləcək mövzulardan biridir.

Ukrayna prezidenti Vladimir Zelenski iddia edir ki, Ukrayna silahlı qüvvələri artıq Şimali Koreyalılarla hərbi münaqişəyə girib .
Xatırladaq ki, ABŞ-dan sonra Fransa və Böyük Britaniya uzaqmənzilli silahlarla Rusiyanın dərinliklərinə zərbə endirilməsinə icazə verib.

 Əntiqə Rəşid

Seçilən
39
adalet.az

1Mənbələr