"Palmeyras"ın prezidenti Leyla Pereyra Neymar transfer ilə bağlı maraqlı fikirlər səsləndirib.
Offsideplus.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb. Klub funksioneri bunları söyləyib:
"Neymar "Palmeyras"a keçməyəcək, bu klub tibb bölməsi deyil. Mənə təcili qoşulacaq və məşqçi istəsə, sabah oynaya biləcək biri gərəkdir. Futbol oynamağa hazır olmayan futbolçunu transfer etmərəm".
Qeyd edək ki, Neymar hazırda "Əl-Hilal"in şərəfini qoruyur.