ABŞ-dən sonra Fransa və Böyük Britaniya da Ukraynaya uzaq mənzilli raketlərlə Rusiyanın dərinliklərinə zərbə endirməyə icazə verib...
Ədalət Verdiyev: “Qərb ölkələrinin Ukraynaya uzaq mənzilli raketlərli verməsi və bu raketlərdən Ukraynaya zərbə endirilməsinə icazə barədə qərarı kifayət qədər ləngimiş bir qərardır. Çünki artıq Ukraynada müsbət dəyişikliklər gözləməyə dəyməz”.
“Bəzi NATO ölkələri, hansılar ki, Ukrayna vasitəsilə Rusiyanı zəiflətməyə və ya tükətməyə çalışırdılar, onlar niyyətlərinə nail olmadılar”.
Bu sözləri hərbi-ekspert Ədalət Verdiyev Fransa və Böyük Britaniyanın da Ukraynaya uzaq mənzilli raketlərlə Rusiyanın dərinliklərinə zərbə endirməyə icazə verməsini Poliqon-a şərh edərkən qeyd edib.
Xəbər verdiyimiz kimi, ABŞ-dən sonra Fransa və Böyük Britaniya da Ukraynaya uzaq mənzilli raketlərlə Rusiyanın dərinliklərinə zərbə endirməyə icazə verib.
Bu qərardan sonra müharibənin gedişi necə dəyişə bilər? Ümumiyyətlə, Baydenin verdiyi bu qərar cəbhədə Ukraynanın hərbi mövqeyini nə qədər gücləndirə bilər və Putinin dediyi ki, bu qərar əslində münaqişəyə NATO-nun birbaşa qoşulması anlamına gəlirmi?
Rusiya-Ukrayna müharibəsinin indiki mərhələsini Poliqon-un əməkdaşı hərbi-ekspert Ədalət Verdiyev ilə müzakirə edib.
Ədalət Verdiyev: “Ukraynanın başqa ölkələrə arxayın olaraq Rusiya ilə Qərb adına savaşması yanlış addım idi”.
Hazırda ABŞ administrasiyasının dəyişməsindən sonra silah təchizatında vəziyyətin daha da mənfiyə doğru gedəcəyini düşünən ekspert Poliqon-a bildirib ki, digər tərəfdən isə Bayden administrasiyasını da Ukraynaya söz verdiyi silahları tam həcmdə göndərmədi:
“Qərb ölkələrinin Ukraynaya uzaq mənzilli raketlərli verməsi və bu raketlərdən Ukraynaya zərbə endirilməsinə icazə barədə qərarı kifayət qədər ləngimiş bir qərardır. Çünki artıq Ukraynada müsbət dəyişikliklər gözləməyə dəyməz. Ən azından həm Luqans, Donetsk cəbhəsində, həm də Kursk istiqamətində Ukraynaya müəyyən itkilərə məruz qalıb və bu itkiləri bərpa etmək, yəni itirilən əraziləri geri qaytarmaq yaxın perspektivdə mümkün görünmür.
Daha əvvələr də Ukrayna Rusiya ərazisinə zərbə endirmək üçün F-16-lar əldə etmişdi. Bu F-16-lar vasitəsilə ciddi nailiyyətlər əldə ediləcəyinə dair ekspert rəylərini eşidirdik. Lakin göründüyü kimi Ukraynanın digər ölkələr tərəfindən verilən silahlarla Rusiyanı geri çəkilməyə məcbur edəcəyi reallıqdan uzaq bir məsələdir. Ukraynanın başqa ölkələrə arxayın olaraq Rusiya ilə Qərb adına savaşması yanlış addım idi.
Ədalət Verdiyev: “Hazırda Ukrayna ərazilər, artıq paytaxt da daxil olmaqla Rusiyanın zərbələrinə məruz qalır”.
Hazırda da ABŞ administrasiyasının dəyişməsindən sonra silah təchizatında vəziyyətin daha da mənfiyə doğru gedəcəyi şübhəsizdir. Digər tərəfdən isə Bayden administrasiyasını da Ukraynaya söz verdiyi silahları tam həcmdə göndərmədi. Fransa da Ukraynaya qoşun göndərməyə söz vermişdi, lakin bu günə qədər nə vəsait köçürdü, nə də qoşun göndərdi. Hazırda Ukrayna ərazilər, artıq paytaxt da daxil olmaqla Rusiyanın zərbələrinə məruz qalır.
Bəzi NATO ölkələri, hansılar ki, Ukrayna vasitəsilə Rusiyanı zəiflətməyə və ya tükətməyə çalışırdılar, onlar niyyətlərinə nail olmadılar. Burada itirən əsasən Rusiya və Ukrayna oldu. Amma Ukraynanı bu müharibəyə sürükləyən ölkələrin də kontingenti döyüşlərə qatılmadı. Yəni burada ən çox itirən tərəf təbii ki, Ukraynadır.
NATO-nun Rusiyaya qarşı müharibədə birbaşa iştirakı gözlənilmir”.
Qeyd edək ki, Fransanın “Le Fiqaro” qəzeti Fransa raketlərindən Rusiya ərazisinə zərbə endirilməsinə dair məlumatı saytdan sildi.
Nərminə UMUDLU
Poliqon.info