Bakı. Trend:
Azərbaycanın beynəlxalq dərəcəli hakimi Zaur Hacıyev AvropaVoleybol Konfederasiyasından (CEV) yeni təyinat alıb.
Trend xəbər verir ki, bubarədə Azərbaycan Voleybol Federasiyası məlumat yayıb.
Bildirilib ki, o, CEV kubokunun 1/16 final mərhələsindəSloveniyanın “Kalsit KAMNIK” və Portuqaliyanın “Benfika”komandaları arasında keçiriləcək cavab qarşılaşmasında ikinci hakimolacaq.
Görüşün birinci hakimi isə Bosniya və herseqovinalı JasminHuseynoviçdir.
Qeyd edək ki, görüş noyabrın 19-da Sloveniyanın Kamnik şəhərindəoynanılacaq. İlk matçda Portuqaliya təmsilçisi 3:0 hesabı ilə qalibgəlib.