AZ

London və Parisin Kiyevə raket icazəsi xəbəri silindi – Təcili

Fransanın "Le Figaro" nəşri Fransa və Böyük Britaniyanın Ukraynaya Rusiyanın dərinliklərinə zərbələr endirməsinə icazə verdiyi barədə məlumatları silib.

Axar.az xəbər verir ki, nəşrin məlumatı niyə sildiyi açıqlanmayıb.

Qeyd edək ki, bundan öncə “Nyu York Tayms” ABŞ Prezidenti Co Baydenin Ukraynaya Rusiya ərazisinin dərinliklərinə zərbələr endirmək üçün Birləşmiş Ştatların verdiyi silahlardan istifadə etməsinə izn verdiyi haqda məlumat yaymışdı.

“Le Figaro” isə yazmışdı ki, Paris və London da öz SCALP və “Storm Shadow” raketləri ilə Kiyevə Rusiyanın dərinliklərinə hücumlar etməyə icazə verib.

Seçilən
38
axar.az

1Mənbələr