AZ

Kim Çen Indan orduya təlimat: “Dünya müharibəsinə gedirik”

ABŞ, Cənubi Koreya və digər düşmən güclərin hərbi addımları Koreya yarımadasındakı gərginliyi tarixin ən pis səviyyəsinə çatdırıb.

Teleqraf.com xəbər verir ki, bunu Şimali Koreya lideri Kim Çen In deyib.

Ölkə başçısı ABŞ-ı Cənubi Koreya ilə əməkdaşlığını nüvə ittifaqına çevirməkdə ittiham edib.

Kim iddia edib ki, Vaşinqton Cənubi Koreya və Yaponiya ilə üçtərəfli hərbi əməkdaşlığı gücləndirməklə NATO-nun Asiya versiyasını yaratmağa çalışır: “ABŞ-ın rəhbərlik etdiyi hərbi ittifaqlar Avropa və Asiya-Sakit okean regionu da daxil olmaqla, daha böyük arealda genişlənib”.

Kim Çen In Şimali Koreya ordusunun müharibə hazırlıqlarını tamamlamalı olduğunu vurğulayıb:

“İndiki subyektiv və obyektiv şəraitdə müharibə hazırlığının başa çatdırılması bir gün belə gecikdirilə bilməyən ən aktual vəzifədir”.

Şimali Koreya çəkindirici nüvə siyasətindən də vaz keçməyəcəklərini söyləyib: “Heç bir məhdudiyyət olmadan müdafiə məqsədləri üçün nüvə potensialımızı daha da gücləndirəcəyik”.

Kim əlavə edib ki, ABŞ və Qərb döyüş meydanında təcrübə qazanmaq və hərbi müdaxilələrinin miqyasını genişləndirmək üçün digər ölkələri müharibəyə təhrik edir:

“Ukrayna və İsrailə hərbi yardımlarını davam etdirməklə münaqişələri qızışdıran ABŞ Üçüncü Dünya Müharibəsinin başlaya biləcəyi narahatlığına səbəb olur və vəziyyəti daha təhlükəli hala gətirir”.


Müəllif: Mənsur Rəğbətoğlu
Seçilən
17
teleqraf.com

1Mənbələr