AZ

Rusiyada baş məşqçi və köməkçisi HÜCUMA MƏRUZ QALDI – FOTO/VİDEO

Rusiyada keçmiş futbolçu və baş məşqçiyə naməlum şəxslər hücum edib.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb. Bildirilir ki, Rusiya millisinin sabiq futbolçusu və “Leninqradets” klubunun baş məşqçisi Vadim Yevseyev Həştərxanda naməlum şəxslər tərəfindən bibər qazı ilə hücuma məruz qalıb.

Onun köməkçisi Aleksandr Şmarkonun yanağı kəsilib və ona tikiş qoyulub. Yevseevin özü gözlərini yuyaraq xilas olub.

Daxili İşlər Nazirliyinin məlumatına görə, hücum edən hər iki şəxs futbol azarkeşidir. Onlardan biri, 20 yaşlı Fərəhudin əvvəllər narkotik vasitələrdən istifadə etdiyinə görə inzibati məsuliyyətə cəlb edilib.

Münaqişənin ilkin səbəbi onların “siqaret istəmələri”, lakin rədd edilməsi olub.

 

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
17
interpress.az

1Mənbələr