“Mançester Siti” hücumçu Erlinq Haaland ilə müqavilənin uzadılması ilə bağlı danışıqlar aparır.
Publika.az xəbər verir ki, "şəhərlilər" norveçli futbolçuya həftəlik 500 min funt sterlinq maaş təklif etməyə hazırdır. Bu barədə “Mirror” məlumat yayıb.
Mənbənin sözlərinə görə, 24 yaşlı futbolçu yeni müqavilənin şərtlərini qəbul etsə, o, hazırda həftəlik maaşı 400 min funt sterlinq olan komanda yoldaşı Kevin De Bruyne-ni keçərək İngiltərə Premyer Liqasının ən çox maaş alan futbolçusu olacaq.
Haalanda təklif olunan müqavilə 2 illikdir.