AZ

“21 müəssisə və obyekt artıq özəlləşdirilib” - Yenilənib

“47 müəssisə və obyektin özəlləşdirilməsi çərçivəsində 21 müəssisə və obyekt artıq özəlləşdirilib”.

“Qafqazinfo” xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müavini Səməd Bəşirli Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinə münasibət bildirərkən deyib. 

“Qalan müəssisə və obyektlərin özəlləşdirilməsi, investorların cəlb olunması istiqamətində tədbirlər davam etdirilir. Dövlət əmlakının idarəedilməsi və özəlləşdirilməsi haqqında" yeni qanun layihəsi hazırlanaraq razılaşdırılması üçün aidiyyəti dövlət qurumlarına təqdim edilib”, - deyə nazir müavini bildirib.

***

“Növbəti ildə 46 sahə üzrə 1.3 milyard manat subsidiya ayrılması nəzərdə tutulur”.

Bunu Hesablama Palatasının sədri Vüqar Gülməmmədov bildirib.

“360 layihənin maliyyələşdirilməsi nəzərdə tutulub. Növbəti ilin əsaslı vəsait qoyuluşu xərclərində ən fərqli məqam beynəlxalq qurumların təqdim etdiyi kreditlərin həcmidir. Bu vəsait 4 keçid, 8 yeni layihə üçün proqnozlaşdırılır.

Azad edilmiş ərazilərin yenidən qurulması üçün cari ilin proqnozu üçün çox, yenidən baxılmadan isə az vəsait nəzərdə tutulub”, - deyə V.Gülməmmədov vurğulayıb.

Nuranə Daxilqızı

Seçilən
20
12
qafqazinfo.az

10Mənbələr