AZ

Sərnişin təyyarəsində qorxulu anlar: 1-i körpə olmaqla 254 nəfər...

Skandinaviya Hava Yollarının sərnişinləri şiddətli turbulentlik (havanın müxtəlif amillərlə nizamsız yerdəyişməsi) zamanı oturacaqlarından tavana doğru qalxıblar.
 
Publika.az xəbər verir ki, göyərtədəki çaxnaşmanın video görüntüləri "Daily Mail" tərəfindən yayımlanıb.
 
Hadisə noyabrın 14-də Stokholmdan Mayamiyə uçan təyyarədə baş verib. İnternetdə yayımlanan görüntülərdə əşyalar kabin ətrafında xaotik şəkildə uçarkən qorxmuş səyahətçilərin qışqırdığı müşahidə olunur.
 
Mənbənin sözlərinə görə, təyyarə Qrenlandiya üzərində turbulentliklə qarşılaşıb. Pilotlar texniki nasazlıqdan qorxduqlarına görə, yoxlama üçün Kopenhagenə enməyə qərar veriblər. Aviaşirkət rəsmiləri bildiriblər ki, təyyarədə biri körpə olmaqla 254 sərnişin olub. Onların heç biri ciddi xəsarət almayıb.
 
Hadisəyə aid görüntüləri izləməl üçün aşağıdakı linkə keçid edin:

 

Seçilən
16
2
moderator.az

3Mənbələr