AZ

Günel Ziyadova: "O qədər təhlükəli, həyasız insanlardır ki, onlarla adi, normal, təhsilli insanlar bacara bilməzlər"

“Psixoloqların reklamını çox görürəm. Heç bir psixoloji təhsili yoxdur, adi insan kimi psixologiyaya dair kurslara gedib, təlimlərə qatılıb və psixoloq kimi özünü reklam edir. Bu adam kiminsə övladı ilə məşğul olur, kiminsə ailə həyatına dair məsləhətlər verir...” 

 

Pravda.az xəbər verir ki, bu sözləri tanınmış mama-ginekoloq Günel Ziyadova deyib. 

 

“Bəzi endokrinoloqların da endokrinologiya ilə əlaqələri yoxdur. Endokrinoloq olmaq üçün daxili xəstəlikləri bilməlisən. Hansısa kursları keçib dietoloq, endokrinoloq olanlar var. Bu, adi həkimlərin mübarizə aparacağı bir iş deyil. Genişmiqyaslı işdir. Oğru elə bağırdı, doğrunun bağrı yarıldı... Bu işi görən insanlar onsuz da vicdanlı, savadlı, yaxşı insanlar ola bilməzlər. Belələri normal həkimlərə elə şərlər yaxa bilərlər. O qədər təhlükəli, həyasız insanlardır ki, onlarla adi, normal, təhsilli insanlar bacara bilməzlər. Bu işlə hüquq-mühafizə orqanları, Səhiyyə Nazirliyi məşğul olmalıdır. Həyasız olduqları üçün xəstələr onlara çox rahat inanırlar”, - həkim bildirib. 

 

Aytəkin Qardaşova 

Tarix: 18 Noyabr 2024, 13:24   
Seçilən
13
pravda.az

1Mənbələr