AZ

Yığmada qeyri-adi itki

Yamayka millisi kuryoz hadisə ilə üzləşib.

İdman.biz xəbər verir ki, bunu yığmanın baş məşqçisi Stiv Maklaren açıqlayıb.

O bildirib ki, yığmanın iki futbolçusu öz pasportunu itirib. Bu üzdən Maykl Antonio və Kahim Dikson Millətlər Liqasının ABŞ-la oyununun heyətindən çıxarılıb: “Oyunçularımız pasportlarını itiriblər. Yeni pasport və səfər üçün viza almaq artıq gec idi. Bu üzdən onların xidmətindən yararlana bilməyəcəyik”.

Qeyd edək ki, ABŞ – Yamayka matçı bu gecə keçiriləcək.

İdman.biz

Seçilən
24
idman.biz

1Mənbələr