AZ

“Azərbaycan bu həftə ikiillik Şəffaflıq Hesabatlarını təqdim edə bilər”

“Azərbaycan bu həftə ikillik Şəffaflıq Hesabatlarını (BTR) təqdim etməyi planlaşdırır”.

Vətəninfo.az xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər naziri, COP29-un prezidenti Muxtar Babayev COP29 çərçivəsində təşkil olunmuş Yaponiya, CAR, ABŞ, İtaliya və Qazaxıstan nazirlərinin iştirakı ilə keçirilən qlobal iqlim şəffaflığı üzrə dəyirmi masada bildirib.

Onun sözlərinə görə, ambisiyaların artırılması Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələr, Milli Adaptasiya Planı və İkiillik Şəffaflıq Hesabatları vasitəsilə 1,5 dərəcə hədəfinin saxlanılması ilə bağlı dəqiq planlar tələb edir.

Bu gün təqdim olunan Qlobal İqlim Şəffaflığı üzrə Bakı Bəyannaməsi şəffaflığı və beynəlxalq əməkdaşlığı təşviq etmək üçün kollektiv qətiyyət nümayiş etdirir.

M.Babayevin sözlərinə görə, o, Bakı Şəffaflıq Platforması ilə tandem şəklində fəaliyyət göstərir. “Bir tərəfdən, biz iqlim fəaliyyətində şəffaflığa sadiqliyimizi təsdiqləyirik, digər tərəfdən isə şəffaflıqla bağlı konkret fəaliyyətlər üçün platforma yaradırıq”, – o qeyd edib.

“COP29-u bu istiqamətdə daha səmərəli addımlar atmaq üçün bir fürsət kimi nəzərdən keçirməyə çağırıram. Bakı Bəyannaməsi qlobal iqlim şəffaflığı və qlobal iqlim dəyişikliyi məsələlərində daha səmərəli addımlar atmağa təkan verəcək “, – nazir əlavə edib.

Seçilən
24
8
veteninfo.az

9Mənbələr