Fransa yığmasının baş məşqçisi Didye Deşam UEFA Millətlər Liqasının 6-cı turunda İtaliya millisi üzərində səfər qələbəsini şərh edib.
Arena.az xatırladır ki, “xoruzlar” “Cüzeppe Meatsa”da “skuadra adzurra” üzərində 3:1 hesablı qələbə qazanaraq, qrup liderliyini təmin ediblər.
“Biz qələbə qazanmağın çətin olacağını bilirdik, çünki İtaliya yığması əla idman formasında idi. Biz birinci yeri geri ala bildik və düşünürəm ki, buna layiq idik, çünki biz həqiqətən də bir necə yaxşı iş görmüşük.
Deyərdim ki, biz bir daha eyni səhvləri təkrarlamamaq üçün ilk görüşdən çox dəyərli dərs almışdıq. Komandam gənc və təcrübəsizdir, amma onların keyfiyyəti var və biz bunu bu axşam sübut etdik. Bu gün qalib gəlmək üçün bizə hər xüsusdan azacıq gərək idi. Düşünürəm ki, üç hücumçunun istifadəsi onların yaxşı müdafiə olunmasında və İtaliya yığması üçün fəsadlar yaratmasında həlledici amil oldu.
Texniki müstəvidə komandam əla oyun nümayiş etdirdi və İtaliya yığmasının müdafiəsinin mövqelərini öyrənmək əsasında təyin edilmiş fiqurlar üzrə qərarlar da özünü doğrultdu”, – deyə Deşam matçdan sonrakı mətbuat konfransında bildirib.
UEFA Millətlər Liqasının A Liqasının 2-ci qrupunun yarış cədvəlinin yekun sıralamasında Fransa yığması eyni miqdarda, 13 xal toplamış İtaliya yığmasını əlavə göstəricilər üzrə qabaqlayaraq, zirvədə qərarlaşıb. Hər iki komanda yarışın ¼ final mərhələsinə vəsiqə qazanıb.