AZ

Kurban Berdiyev "Turan"da daha bir QALMAQAL YARATDI!

«Turan Tovuz»dan ayrılmaq üçün hər gün bir bəhanə gətirən Kurban Berdiyev növbəti hərəkəti ilə düşərgədə olan hər kəsin qanını qaraldıb. Futbolçuları yeri gəldi-gəlmədi acılayan, funksionerlərdən daim qulluğunda dayanmasını tələb edən baş məşqçi bu dəfə köməkçisinə «dişinin dibindən çıxanı» söyləyib. Rusiyalı mütəxəssis əsas yarıdmıçsı Andrey Matyuranı komadanın gözü qabağında «ağ yuyub, qara sərib». Adətən, hazırlıq proseslərini kənardan izləyən 72 yaşlı çalışdırıcı Matyuranın keçdiyi məşqi bəyənməyib. Qəfildən hirslənən Berdiyev onun üstünə qışqırıb və məşqi dayandırıb. «Rubin»in sabiq sükançısı özünün bura gətirdiyi yaxın adamının üzərinə yeriyib, verdiyi tapşırıqların düzgün yerinə yetirilmədiyini söyləyib. Matyura ona cavab verməyib, amma Berdiyevinreaksiyasından pərt olduğunu gizlədə bilməyib.

SPORTİNFO.AZ

Seçilən
11
sportinfo.az

1Mənbələr