AZ

Göllərinin bərpası, iqlim dayanıqlığı və davamlı su idarəçiliyi mövzusunda müzakirələr - FOTOLAR

COP29 çərçivəsində Azərbaycan milli pavilyonunda “Abşeron göllərinin bərpası: iqlim dayanıqlığına və davamlı su idarəçiliyinə aparan yol” mövzusunda müzakirələr təşkil olunub. SİA xəbər verir ki, müzakirələr Abşeron göllərinin bərpası üzrə milli səylərə beynəlxalq dəstəyi gücləndirmək və layihələrin qlobal ekoloji məqsədlərə töhfəsini daha geniş şəkildə tanıtmaq üçün təşkil edilib.

Toplantıda Abşeron göllərinin ekoloji vəziyyətinin yaxşılaşdırılması üzrə görülmüş işlər və gələcək planlar təqdim edilib, göllərin reabilitasiyasının BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunması sahəsində əhəmiyyəti vurğulanıb.

Böyükşor gölünün bərpası layihəsinin 2-ci mərhələsi və Zığ gölünün bərpası çərçivəsində planlanan işlər barədə məlumat verilib, göllərin şəhər həyatında oynadığı vacib rol qeyd olunub.

Bakı şəhərinin 2040-cı ilə qədər Baş Planına uyğun olaraq hazırlanan Abşeron göllərinin bərpası layihələri ekspertlər tərəfindən şəhərin davamlı inkişafının və ekoloji mühitinin təkmilləşdirilməsinin mühüm tərkib hissəsi kimi qiymətləndirilib.

Göllərin bərpası, geniş yaşıllıq ərazilərinin yaradılması və su ehtiyatlarının effektiv idarə edilməsi layihələri Bakı şəhərinin iqlim dayanıqlığını artırmaq və ətraf mühitin qorunmasını təmin etmək üçün əsas prioritetlərdən biri olaraq mühüm addım kimi dəyərləndirilib.

Tədbirdə Asiya İnkişaf Bankının ölkə ofisinin direktoru, ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov, Dünya Bankı və “Witteveen+Bos” şirkətinin təmsilçiləri, “Təmiz Şəhər” ASC və aidiyyəti qurumların nümayəndələri iştirak ediblər.

Seçilən
26
5
sia.az

6Mənbələr