AZ

Havaya qalxan təyyarə qəza təhlükəsi yaratdı

İstanbul-Mersin reysini həyata keçirən PC2092 nömrəli sərnişin təyyarəsi əlverişsiz hava şəraiti səbəbindən üç dəfə qəzaya uğramaq təhlükəsi ilə üzləşib. 

AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, ötən gün Sabiha Gökçen hava limanından havaya qalxan təyyarə əlverişsiz hava şəraiti səbəbindən yerə eniş etməkdə çətinlik çəkib.

Təyyarəsinin təxminən 3 saat havada qalması və 3 fərqli saatlarda düşmə təhlükəsi yaşaması sərnişinləri böyük təşvişə salıb, bir çoxunun halı pisləşib.
 
Ekipaj üzvləri ilkin yardım göstərməyə çalışıblar.

Sonda təyyarə Kayseri hava limanına məcburi eniş edə bilib.
 
Cəmalə
Seçilən
18
azxeber.com

1Mənbələr