AZ

Nəhənglərin 100 milyonluq transfer yarışı

"Mançester Yunayted" və PSJ klubları "Atalanta"nın hücumçusu Ademola Lukman üçün yaraşır.

Publika.az xəbər verir ki, bu barədə "Fichajes" məlumat yayıb.

Mənbənin sözlərinə görə, klublar futbolçunun transferi üçün artıq 100 milyon avro təklif edib. Lukman bu qış klublardan birinə keçə bilər. Bildirilir ki, “Atalanta” futbolçusunu bu qiymətə satmağa hazırdır.

Maraqlıdır ki, "Transfermarkt" 27 yaşlı hücumçunun transfer dəyərini 40 milyon avro qiymətləndirir. Onun İtaliya klubu ilə müqaviləsi 2026-cı ilin yayına kimidir.

Seçilən
15
publika.az

1Mənbələr