AZ

Ermənistanın SÜLHSEVMƏZ SİYASƏTİ: “İrəvanın nə etdiyini anlamaq olmur”

“Ermənistan sülhdən qaçmaqla özünü layihələrdən kənarda saxlayır”.

Bu sözləri Ermənistan Azərbaycan arasında sülh danışıqlarının dayanması və növbəti ilə saxlanlımasını Yenicag.az-a şərh edən politoloq Yusif Bağırzadə deyib.

Onun sözlərinə görə, Ermənistanın davranışları adekvat deyil:

“Ermənistanla Azərbaycan arasında sülh sazişinin imzalanması hər iki ölkə üçün əhəmiyyətlidir. Ən əsası isə region üçün vacibdir. Sülh sazişi ən çox Ermənistana lazımdır. Ermənistan hazırda KTMT-nin üzvüdür və Azərbaycanla Ermənistan arasında hər hansı bir insident yarananda Ermənistan KTMT-ni günahlandırır ki, sözügedən qurum ona dəstək vermir. KTMT də cavab verir ki, sənin sərhədin müəyyən olunmayıb. Yəni bu proseslərdə Ermənistan özü maraqlı olmalıdır, ancaq İrəvanın nə etdiyini anlamaq olmur”.

“Azərbaycan konkret olaraq bir xətlə gedir. Ancaq Paşinyan hökuməti situativ qərarlar verir. Ermənistanda parlamentin sədri sülhlə bağlı məqbul açıqlamar versə də, onun sülh müqaviləsinin imzalanmasında heç bir rolu yoxdur. Odur ki, Ermənistan pərdəarxası oyunlar oynayır və özü də anlamalıdır ki, onun bu cür davranışı özünü layihələrdən kənarda saxlayır”.

Səxavət Məmməd

Seçilən
23
yenicag.az

1Mənbələr