Hindistan hipersəs raketini uğurla sınaqdan keçirib. Bloomberg agentliyinin verdiyi məlumata görə, Müdafiə Araşdırmaları və İnkişafı Təşkilatı (DRDO) noyabrın 16-da axşam Odişa sahillərində raketi sınaqdan keçirib.
Hindistan hakimiyyətinin elan etdiyi raketin uçuş məsafəsi 1500 kilometrdir.
Müdafiə naziri Rajnath Singh uğurlu sınağı ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsində "vacib mərhələ" adlandırıb.
“Bu, tarixi bir məqamdır və bu mühüm nailiyyət ölkəmizi belə mühüm və qabaqcıl hərbi texnologiyalara malik seçilmiş ölkələr qrupuna daxil edib”, – Hindistanın müdafiə naziri X sosial şəbəkəsində raket buraxılışının fotosunu yerləşdirərək yazıb.
Oxuməni.az