Bakı.Trend:
COP29 çərçivəsində bir sıra görüşlərimiz baş tutacaq, indi isəCOP29-dakı Türkiyənin “Sıfır Tullantı” mövzusunda hazırlananstendini ziyarət etdik. Bu qədər böyük bir tədbirin qardaş ölkəAzərbaycanda keçirilməsi və bu konfransı yüksək səviyyədə təşkiletməsi bizi sevindirir.
Trend xəbər verir ki, bunujurnalistlərə COP29 konfransı çərçivəsində Türkiyə Respublikasınıntəhsil naziri Yusuf Tekin Türkiyə pavilyonunu və Yaşıl zonadayerləşən Türkiyə Prezident Administrasiyasının Kommunikasiyaİdarəsi tərəfindən "Sıfır Tullantı" mövzusunda hazırlanan stendiziyarət edərkən deyib.
"Bu dünya hər birimizindir. Dünyanı gələcək nəsillərə sağlamşəkildə miras qoya bilmək üçün hər birimizin üzərinə məsuliyyətdüşür. Hazırda yaşadığımız dünyada uşaqlarımız və nəvələrimizin dəhaqqı var. COP29 da məhz bu mövzulara diqqət çəkməyihədəfləyib.
Konfrans çərçivəsində dünyada sülhü, azadlığı və təbiətdənistifadə mövzusundakı problemlərə birlikdə həll yolu tapa bilərik”,- deyə o qeyd edib.
Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrəÇərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cusessiyasının açılışı olub.
COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – DünyaLiderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkilolunub.
Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanınbu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfəAzərbaycanda baş tutur.
COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli vəambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG)razılaşdırılmasından ibarətdir.
COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişafməqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri,yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmizhidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsalfəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəlisürülüb.
İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradanəsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°Cöhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.