AZ

Yanacaq xərclərimiz artır - 42 milyon manat çox xərcləmişik

Cari ilin yanvar-oktyabr aylarında Azərbaycanda pərakəndə ticarət şəbəkəsində istehlakçılara 2 milyard 780 milyon manat dəyərində avtomobil benzini və dizel yanacağı satılıb.

Avtosfer.az rəsmi məlumatlara istinadən xəbər verir ki, bu, cari ilin yanvar-sentyabr ayları ilə müqayisədə 350 milyon manat və ya 14,4% çoxdur. Cari ilin yanvar-sentyabr aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 2 milyard 430 milyon manat dəyərində avtomobil benzini və dizel yanacağı satılıb.

Bu ilin yanvar-avqust aylarında isə əhali benzinə və dizelə 2 milyard 122 milyon manat pul xərcləyib. Bu, sentyabrda avtomobil benzini və dizel yanacağına xərclənən vəsaitdən 308 milyon manat azdır.

Hesablamalardan göründüyü kimi, təkcə sentyabr ayında əhalinin avtomobil benzini və dizel yanacağı xərci 308 milyon manat, oktyabrda isə 350 milyon manat olub. Son bir ay ərzində əhalinin benzin və dizel yanacağı xərci 42 milyon manat artıb. 

Seçilən
8
1
avtosfer.az

2Mənbələr