AZ

Rus ordusu daha bir neçə şəhəri nəzarətə götürmək istəyir

Rus

Rusiya ordusu bu qış əsas diqqətini şəhər döyüşlərinə - Ukraynanın cəbhəyanı şəhərlərini ələ keçirməyə yönəldəcək. Ruslar, eyni zamanda, PUA-ların üstünlüklərini və zirehli texnikalarının istifadəsinə mümkün məhdudiyyətləri zərərsizləşdirmək istəyirlər.

Reyting.az
xəbər verir ki, Müharibə Araşdırmaları İnstitutu (ISW) belə bir qənaətə rusiyalı təbliğatçıların fikirləri əsasında gəlib.

Təbliğatçıların müsahibəsi əsasında gəlinən qənaətə görə, ruslar açıq meydanlarda döyüşməkdən uzaqlaşmaq istəyirlər.

Söhbət “Rybar” teleqram kanalının yaradıcısı və direktoru, eləcə də Kreml tərəfindən mükafatlandırılan Mixail Zvinçukdan gedir. M. Zvinçuk bildirib ki, düşmən üçün prioritet Toretsk, Pokrovsk və Kuraxovo yaşayış məntəqələri olacaq. Xüsusilə, ruslar Pokrovsk uğrunda döyüşə başlamağa hazırlaşır və bu yaxınlarda Selidovonu ələ keçirdikdən sonra ona cənubdan və cənub-şərqdən yaxınlaşacaqlar.

Analitiklər əlavə ediblər ki, Zvinçuk Rusiya informasiya məkanında tanınmış səsdir, Kremllə əlaqəlidir və ola bilsin, insayder məlumatları var. Eyni zamanda, rusların Kupyansk və Çasovoy Yar bölgələrindəki son irəliləyişləri 2024-2025-ci illərin qışında hücum əməliyyatlarına hazırlığın bir hissəsi ola bilər.

ISW ekspertlərinin fikrincə, Kupyansk və ya Çasovoy Yarın tutulması cəbhənin həndəsəsinə əhəmiyyətli operativ təsir göstərəcək. Deməli, bu, Ukrayna Silahlı Qüvvələrinin müvafiq istiqamətlərdə əsas müdafiə mövqeləri üçün təhlükə yaradır.

“Rusiya qoşunlarının bu şəhərlərə son irəliləməsi dərhal olmasa da, hər iki istiqamətdə Ukraynanın müdafiə mövqelərinin yüksək təhlükəsizliyini təhlükə altına qoya bilər”,- deyə analitiklər xəbərdarlıq edirlər.

Analitiklər əlavə ediblər ki, Rusiya hərbi komandanlığı piyada döyüş tərzinə görə şəhər döyüşünü ən yaxşı variant hesab edə bilər. Çünki hündürmərtəbəli binalar onları açıq ərazilərdəki ağaclarla müqayisədə PUA-lardan daha yaxşı qoruyar.

Y. QACAR

Seçilən
28
28
reyting.az

10Mənbələr