"Qalib gələ bilmədiyimiz üçün məyusuq".
Sportinfo.az xəbər verir ki, bunu Azərbaycan yığmasının baş məşqçisi Fernandu Santuş UEFA Millətlər Liqasının V turunda Estoniya ilə keçirilən matçı haqda deyib.
Təcrübəli mütəxəssis qələbə qazanmaq üçün əllərindən gələni etdiklərini bildirib:
"Rəqib komandanın qapıçısı çox yaxşı oyun nümayiş etdirdi. İlk 20 dəqiqə bərabər səviyyədə keçdi.
Demək olar ki, hər iki komanda təhlükəli qol epizodları yarada bilirdi. 20 dəqiqədən sonra isə futbolçularım ancaq hücum futbolu nümayiş etdirdilər.
Əlimizdən gələni etsək də, qalib gələ bilmədik. Futbolda bu cür nəticələr olur.
Futbolçularımız bu oyuna xüsusi yanaşırdılar. Qalib gələ bilmədiyimiz üçün məyusuq. Rəqib komanda çox yaxşı müdafiə olunurdu".
Azərbaycan yığması C Liqasının I qrupunun oyununda Qəbələdə Estoniya ilə qolsuz bərabərə qalıb.