AZ

Türkiyənin Milli patrul gəmisi TCG AKHİSAR yerli sistemləri ilə diqqət çəkir

Bakı, TurkicWorld

Türkiyənin MİLGEM layihəsi çərçivəsində inşa edilən açıq patrul gəmisi TCG AKHİSAR 80 faiz yerli istehsalla diqqət çəkir.

TurkicWorld xəbər verir ki, bu barədə İstanbul Gəmiqayırma Zavodunun komandiri kontr-admiral Rəcəb Erdinç Yetkin bildirib ki, gəmi "İstanbuldan Küveytə yanacaq doldurmadan kruiz edə biləcək" və vertolyot qaldırıb-endirmə qabiliyyətinə malik olacaq.

99,5 metr uzunluğa, 14,4 metr enə və 4 min dəniz mili uzaqlıqda fəaliyyət göstərə bilən gəminin silah sistemləri arasında MKE tərəfindən istehsal olunan 76 mm-lik dəniz topu da yer alır.

İnşasında HAVELSAN, ASELSAN, MKE və ROKETSAN kimi iri şirkətlərin də iştirak etdiyi gəmi dekabr ayında qəbul testlərinə başlayacaq.

İstanbul Gəmiqayırma Zavodunun komandiri kontr-admiral Rəcəb Erdinç Yetkin, yeni açıq patrul gəmisi TCG AKHİSAR haqqında bildirib ki, "Vətəndə güclü olmaq və dünyada söz sahibi olmaq üçün dənizdə güclü olmaq lazımdır. Bu məqsədlə gəmilərimizin döyüşə hazır olması və yeni inşaların davam etməsi çox önəmlidir."

TCG AKHİSAR MİLGEM layihəsi çərçivəsində hazırlanıb və 80 faizi yerli istehsaldır. Gəminin uzunluğu 99,5 metr, eni 14,4 metr, su çəkmə qabiliyyəti isə 3,7 metr təşkil edir. ASFAT-ın podratçılığı ilə inşa edilən gəmi HAVELSAN, ASELSAN, ROKETSAN və MKE kimi iri şirkətlərin dəstəyilə hazırlanıb.

Seçilən
21
turkic.world

1Mənbələr