AZ

Ərdoğandan bitirici həmlə: “Tərəfinizi seçin, böyük döyüş başlayır”

Türkiyə Silahlı Qüvvələrinin Suriya və İraqda irimiqyaslı antiterror əməliyyatları tezliklə başlayacaq.

Teleqraf.com xəbər verir ki, bunu Türkiyənin "Haber7" portalının siyasi analitiki Hasan Öztürk deyib.

“Ankarada Donald Trampın Ağ evə qayıdışının Türkiyəyə təsirləri müzakirə olunur. Amerika seçkilərindən sonra Türkiyə hakimiyyətindən yeni mövqe yaratmaq cəhdləri var. Prezident Ərdoğanın ilk andan başlayan həmlələri hazırkı vəziyyətin Türkiyənin xeyrinə necə dönə biləcəyi ilə bağlıdır. Buna müsbət cavab tapır”, - ekspert belə söyləyib.

Öztürkün fikrincə, bəzi iddiaların əksinə olaraq, Tramp Türkiyəyə qarşı sərt mövqe tutmayacaq:

“Trampın Ağ evdə işinə başlamağa hazırlaşdığı bu günlərdə Türkiyə də cənubda (Suriya və İraq istiqamətində) önəmli bir dəyişikliyə hazırlaşır. Türkiyə Silahlı Qüvvələri, Milli Kəşfiyyat Təşkilatı, Jandarma və Polis Xüsusi Təyinatlı Qüvvələrinin də daxil olduğu genişmiqyaslı hərbi müdaxilə üçün artıq sayılı günlər qalır.

Bu günlərdə “çox həyəcanlanmayın, Trampın Türkiyəyə qarşı budəfəki siyasəti daha sərt olacaq” deyənlər var. Müqavimətimizi qırmağa çalışanların bu gözləntiləri özünü doğrultmayacaq.

Bütün bu daxili gərginlik yaratmaq cəhdlərini bir kənara qoyub, böyük döyüşə hazırlaşmalıyıq. Hər kəs öz tərəfini seçsin, böyük döyüş çox yaxındadır”.


Müəllif: Mənsur Rəğbətoğlu
Seçilən
16
teleqraf.com

1Mənbələr