Olaylar.az xəbər verir ki, Barrot, mövqelərinin dəyişmədiyini də vurğulayıb.
"Biz bu variantı nəzərdən keçirərdik, xüsusilə rusların Ukrayna ərazisinə qarşı aqressiya törətdikləri obyektlərə hücum etmək barədə. Yəni, bu məsələdə heç bir yenilik yoxdur," - deyə Fransa Xarici İşlər Naziri bildirib.
Qeyd edək ki, Le Figaro qəzetinin məlumatına görə, Paris və London Kiyevə SCALP/Storm Shadow uzaqmənzilli raketlərindən istifadə etməyə icazə veriblər. Lakin bir müddət sonra bu xəbər silinib və yalnız ABŞ Prezidenti Cozef Baydenin ATACMS raketlərinə dair qərarı ilə bağlı açıqlama qalıb.
Ötən günlərdə Fransa Prezidenti Emmanuel Makron, Qərb dövlətlərini Ukrayna Silahlı Qüvvələrinə Rusiyanın obyektlərinə hücum etmək üçün müvafiq icazəni verməyə çağırıb.