Polşanın baş naziri Donald Tusk yaxın həftələrin Ukraynadakı münaqişə üçün həlledici olacağı fikrini bildirib.
Daha əvvəl siyasətçi Almaniya kansleri Olaf Şolzun Rusiya prezidenti Vladimir Putinlə söhbətində səsləndirdiyi mövqedən razı qaldığını yazıb. “Növbəti həftələr təkcə müharibə (Ukraynada) üçün deyil, həm də gələcəyimiz üçün həlledici olacaq”, – Donald Tusk X sosial şəbəkə səhifəsində yazıb. Lakin bu dəfə Polşa hökumətinin başçısı həmkarlarını Rusiya rəhbərliyi ilə “telefon xətti” qurmağa çalışmaqlarına görə tənqid edib. Tuskun sözlərinə görə, bu yanaşma “Qərbin Ukraynaya real dəstəyini əvəz edə bilməz”.
Xatırladaq ki, keçən həftə Olaf Scholz son iki ildə ilk dəfə Rusiya prezidenti ilə telefon danışığını edib. Böyük Britaniyanın baş naziri Keir Starmer iə belə planların olmadığını açıqlayıb. Fransa prezidenti Emmanuel Makron qeyd edib ki, Vladimir Putinlə söhbət bunun üçün “uyğun kontekst” olduqda baş tutacaq.
//Samir Qurbanov, Editor.az