"Mançester Siti" PSJ-nin gənc yarımmüdafiəçisi Uorren Zair-Emerini transfer etməyə çalışacaq.
Publika.az xəbər verir ki, bu barədə "Fichajes" məlumat yayıb.
Mənbənin sözlərinə görə, "şəhərlilər" fransızı zədəli “Qızıl top” sahibi Rodrinin əvəzedicisi kimi görür. "Siti" fransız futbolçu üçün PSJ-yə 120 milyon avro təklif etməyə hazırdır.
"Transfermarkt" 18 yaşlı fransızın transfer dəyərini 60 milyon avro qiymətləndirir. Uorrenin klubu ilə müqaviləsi 2029-cu ilin yayına kimi nəzərdə tutulub.