ABŞ-nin Ukraynanın Rusiyanı uzaqmənzilli ATACMS raketləri ilə vurmasına icazə verməsi, buna dair qərar yeni seçilmiş prezident Donald Trampın münaqişənin həlli istiqamətində atdığı addımları çətinləşdirmək üçün qəbul edilib. Bunu Rusiya mediasına açıqlamasında Rusiya Dövlət Dumasının deputatı Aleksey Çepa deyib.
“Onlar Trampın münaqişəni danışıqlar yolu ilə həll etmək vədlərini çətinləşdirəcək bir qərar verdilər”, - deyə deputat bu qərarı səhv addım adlandırıb.
Çepanın fikrincə, məlum icazə münaqişə zamanı dəhşətli nəticələrə gətirib çıxaracaq.
Xatırladaq ki, dünən “New York Times” (NYT) öz mənbələrinə istinadən diqqət çəkən məlumat yaymışdı. Nəşr iddia edib ki, ABŞ prezidenti Cozef Bayden ilk dəfə olaraq Ukraynaya Rusiya ərazisinə hücum etmək üçün ATACMS raketlərindən istifadə etməyə icazə verib.
Tural