AZ

"Ukraynada münaqişənin dondurulması Rusiya üçün qəbuledilməzdir" - Kreml

Co Bayden başda olmaqla, hakimiyyətdən gedən ABŞ administrasiyası Ukraynadakı münaqişəni qızışdırmaqda davam edir.

APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

“Aydındır ki, Vaşinqtonda hakimiyyətdən gedən administrasiya bu münaqişə ətrafında gərginliyi daha da qızışdırmaq üçün atəşə yağ tökmək üçün addımlar atmaq niyyətindədir”, - Kremlin sözçüsü bildirib.

Rusiya prezidentinin mətbuat katibi qeyd edib ki, Rusiyanın dərinliklərinə zərbələri Ukrayna deyil, yalnız Qərb ölkələri endirə bilər:

"Rusiyanın dərinliklərinə uzaqmənzilli raketlərlə zərbə endirmək qərarı ilə bağlı yaranmış vəziyyətin əsas təhlükəsi bu zərbələrin Ukrayna deyil, yalnız Qərb dövlətlərinin həyata keçirməyə qadir olmasıdır".

Kreml rəsmisi Ukraynadakı münaqişənin dondurulma ehtimalında danışıb. Bildirib ki, Ukraynada münaqişənin dondurulması Rusiya üçün qəbuledilməzdir:

“Döyüş xətti boyunca bir növ dondurma variantı, əlbəttə ki, Rusiya tərəfi üçün apriori qəbuledilməzdir. Belə olan halda, prezident Putin tərəfindən formalaşdırılan iyun şərtləri öz aktuallığını tam saxlayır. Döyüşləri dayandırmaq üçün bunu etmək lazımdır”, - deyə Peskov fikrini yekunlaşdırıb.

Seçilən
8
50
azpolitika.info

10Mənbələr