AZ

Qara siyahıda olan Pallone bakıya necə gəlib?

Konqresmen Pallone BMT xətti ilə Bakıya gəlsə də, buna etiraz etmək, yaxud qarşısını almaq mümkünsüz deyildi. Lakin belə bir addım COP29-a ev sahibliyi edən Bakının qlobal iqlim məsələsini siyasiləşdirdiyi görüntüsü yarada, bu cür ittihamlara yol aça bilərdi. Azərbaycan hətta Pallone kimilərin COP29-a qatılmasına qarşı çıxmamaqla qlobal iqlim probleminin müzakirəsini siyasiləşdirmədiyini, Bakının qlobal məsələlərin müzakirə platforması olduğunu nümayiş etdirdi.

Bunun fonunda Pallonenin Bakıda ictimai etirazla qarşılanması amerikalı konqresmen olsa belə, Azərbaycana qarşı separatizmin cəzasız qalmaması baxımından doğru gediş idi. Əks təqdirdə, Qarabağa qanunsuz səfər edən və separatizmi dəstəkləyən amerikalı konqresmen Bakıda istədiyi kimi gəzməklə “güc nümayişi” göstərəcəkdi və bu, həm də ABŞ-dakı erməni diasporu/lobbisinin istədiyini edə bilməsi olardı.

Pallone siyasi karyerası boyunca erməni mövqeyindən çıxış edib. 2017-ci ildə Qarabağa qanunsuz səfər etdiyi üçün rəsmi Bakı tərəfindən “qara siyahı”ya salınıb. 44 günlük müharibədən sonra Xankəndidəki separatizmin müdafiəsi işini həyata keçirib. Qarabağdan separatizmin ləğvindən sonra da eyni işi görüb: “Azərbaycan təcavüzünə qarşı ermənilərə dəstək” aktını, eləcə də COP29 ərəfəsində Bakıya sanksiya çağırışı edən 60 amerikalı qanunvericinin imzaladığı müraciəti hazırlayıb.

Bakı səfəri planlaşdırdığı kimi baş tutmayan Pallone artıq Azərbaycanı tərk edib.

Seçilən
51
5
axar.az

10Mənbələr