AZ

Ərindən boşanan qadın özünü və oğlunu yandırdı - İntihar məktubu yazıb

Türkiyənin Çorum əyalətinin Osmancık rayonunda psixoloji problemləri olan qadın gecə yarısı evini yandırıb.

Publika.az xəbər verir ki, yanğın zamanı ağır xəsarət alan qadın və oğlu həyatını itirib.

Məlumata görə, binanın 4-cü mərtəbəsində yaşayan Fatma Makineci (36) və oğlu Kaan Mert Kayanın (14) qonşuları partlayış səsi eşidib. Qonşular hadisəni polisə bildiriblər.

Hadisə yerinə gələn sağlamlıq, xilasetmə və polis qrupları ananın meyitini evdən çıxarıblar. Mert Kaan Kaya ağır yaralı olaraq başqa otaqda tapılıb. Həkimlər tərəfindən uşağa ilkin tibbi yardım göstərilib və xəstəxanaya aparılıb. Lakin onun həyatını xilas etmək mümkün olmayıb.

Seçilən
12
1
publika.az

2Mənbələr