AZ

Ermənistan erkən seçkiyə gedir?

Ermənistan müxalifətinin qarşıdan gələn parlament seçkiləri ilə bağlı qorxuları onun komplekslərini kristallaşdırır. Çünki çox gözəl anlayırlar ki, ictimaiyyət arasında reytinqləri baryerdən aşağı düşüb və bunda ciddi risklər görürlər.

Teleqraf.com xəbər verir ki, bunu Ermənistan parlamentindəki hakim “Vətəndaş Müqavilə” fraksiyasının rəhbəri Hayk Koncoryan deyib.

Hökumətdəki kütləvi istefalar barədə danışan fraksiya rəhbəri qeyd edib ki, bu, seçkilərlə bağlı deyil, əvvəldən planlaşdırılan kadr dəyişiklikləri ilə əlaqəlidir.

“Növbədənkənar parlament seçkiləri ilə bağlı planımız yoxdur. 2021-ci ildə Ermənistanda növbədənkənar parlament seçkiləri keçirilib, Ermənistan xalqı seçkilər nəticəsində öz iradəsini formalaşdırıb.

Növbəti növbədənkənar seçkilər 2026-cı ildədir”, - Koncoryan vurğulayıb.


Müəllif: Mənsur Rəğbətoğlu
Seçilən
6
teleqraf.com

1Mənbələr