Bakı. Trend:
İqlim dəyişikliyinin sağlamlığa təsiri ilə bağlı iki fakt qeydedəcəyəm. Birincisi, iqlim böhranının sağlamlıq böhranı olduğunuifadə edən ÜST-nin Baş katibi Dr.Tedrosun sözləridir. İkincibəyanat ondan ibarətdir ki, iqlim dəyişikliyi ilə mübarizə üç əsassütun vasitəsilə gücləndirilməlidir.
Trend xəbər verir ki, bu barədə səhiyyə naziri Teymur MusayevCOP29 çərçivəsində keçirilən mətbuat konfransı zamanı deyib.
“Birinci sütun tibb mütəxəssislərinin inkişafıdır. İkincisi,yeni texnologiyaların tətbiqi və rəqəmsallaşmadır. Üçüncüsü, yeniiqtisadiyyatın tətbiqidir.
Bu ildən Azərbaycan Tibb Universitetinin tibb fakültəsinin 2-cikurs tələbələri üçün iqlim dəyişikliyi və sağlamlıq fənnini tədrisedilir. İnanırıq ki, müasir texnologiyalara əsaslanan davamlı tibbtəhsili bu ideyanın tez və sürətli həyata keçirilməsinitəkmilləşdirə bilər.
Beləliklə, biliklərimizi təkmilləşdirməmiz lazım olan vaxt çoxqısadır, ona görə də qısa müddət ərzində hədəflərimizə nail olabilərik. Növbəti beş il ərzində tədricən yaşıl xəstəxanalarlayihəsi tamamilə real ola bilər”,- deyə nazir əlavə edib.
Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrəÇərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cusessiyasının açılışı olub.
COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – DünyaLiderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkilolunub.
Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanınbu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfəAzərbaycanda baş tutur.
COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli vəambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG)razılaşdırılmasından ibarətdir.
COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişafməqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri,yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmizhidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsalfəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəlisürülüb.
İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradanəsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°Cöhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.