AZ

Nazir tıxacda qaldı, sammit zamanı ailə fotosu çəkdirə bilmədi



Yaponiyanın baş naziri İşiba Şiqeru tıxacda qalıb.

Newscenter.az Röyters-ə istinadən bildirir ki, nazir tıxacda qaldığı üçün Asiya Sakit Okean Əməkdaşlıq Təşkilatının (APEC) Sammitinin ailə fotosessiyasına qatıla bilməyib.

Sosial şəbəkələrdə yayılan fotolarda Cənubi Amerika ölkəsi Perunun paytaxtı Limada keçirilən APEC Sammitinin ailə fotosunda İşibanın yer almadığı görülüb.

Yaponiya Nazirlər Kabinetinin Baş Katibi Hayashi Yoşimasa da mətbuat konfransında zirvə toplantısında İşibanın ailə fotosunda yer almamasını baş nazirin tıxacda qalması ilə əlaqələndirib.

İşibanın qəbiristanlıq ziyarətindən sonra zirvə ərazisinə qayıdarkən yol qəzası nəticəsində sıx trafikə tutulduğunu və APEC ailəsi ilə çəkilən fotosessiyaya qatıla bilmədiyini ifadə edən Hayaşi, “Yol qəzasından sonra yaranan qəfil tıxac səbəbindən bu baş tutmadı”,-deyə bildirib.

Qeyd edək ki, APEC-in noyabrın 14-16-da keçirilən sammitdə iqtisadi əməkdaşlıq, rəqəmsallaşma, bərabərsizliklərin azaldılması, qeyri-formal iqtisadiyyatla mübarizə və davamlı artım kimi mövzular müzakirə edilib.

Mehman Mehdiyev
Seçilən
26
newscenter.az

1Mənbələr