AZ

Tramp Suriyada nə edəcək? Bu komanda ilə əsl hədəf kimdir?

Maraqlıdır ki, Tramp keçən həftə açıqladığı heyətlə Yaxın Şərqdə və xüsusilə Suriyada nə edəcək? Bu suala cavab verməzdən əvvəl Trampın son prezidentlik dövründən məlum xəttinə nəzər salaq.

Xatırladaq ki, Trampın ilk prezidentlik dövründə Yaxın Şərqdə ən böyük uğuru “Abraham Accords” layihəsi olub. Bu layihə prezidentin və kürəkəninin çox yaxın siyasi və hətta şəxsi münasibətləri olan Səudiyyə şahzadəsi Bin Salmanla razılaşdırılaraq həyata keçirilib.

O dövrün ən sarsıdıcı hadisələrindən biri ABŞ səfirliyinin Qüdsə köçürülməsi olub. Ərəblərin buna böyük reaksiya verəcəyi düşünülsə də, çox adam səsini çıxarmayıb. Qeyri-ərəb islam rejimlərində “Qüds yıxılarsa…” ilə başlayan bir neçə cılız çıxışlar səslənsə də, artıq yıxılmış və hazırda ABŞ-ın Yaxın Şərqdəki episentrinə çevrilmiş Qüds heç kimin vecinə deyildi.

Trampın ilk prezidentliyindəki ən mühüm məqsədlərindən biri İranı zəiflətmək olub. Bir çox iranlı hələ də Trampın birinci dönəminin iqtisadi dağıntısını xatırlayır. ABŞ-ın 2015-ci ildə imzalanmış və JCPOA qısaltması ilə tanınan İran nüvə sazişindən 2018-ci ildə çıxmasının ardınca ölkə bunun nəticələrini ödədiyi bir sıra sanksiyalarla müşayiət olunub. Rəsmi rəqəmlərdə 2017-ci ildəki 9,6%-dən 2020-ci ildə 47,1%-ə yüksələn inflyasiya iqtisadiyyata ağır zərbə vurub. Sonra COVID, bir-birinin ardınca baş verən fəlakətlər, daxili müxalifət və terror təşkilatlarına xərclənən nəhəng büdcələr İranı kökündən sarsıdıb.

Natiq Səlim,

KONKRET.az

Seçilən
9
konkret.az

1Mənbələr