AZ

"41 milydarlıq büdcədə 187 milyonluq fərq o qədər də böyük deyil" - Nazirdən deputata cavab

"Təşəkkür edirəm ki, siz bizim sənədləri diqqətlə oxuyursuz, hər bir nöqtə-vergülünə fikir verirsiz. Siz sosial sahədə kənarlaşma qeyd etdiniz. Maliyyə Nazirliyinin büdcə ilə bağlı dərc etdiyi ilkin açıqlama nazirliyin o zamankı mövqeyini əks etdirir. Ondan sonra bu sənədə İqtisadi Şurada baxılır".

Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında büdcə müzakirəsi zamanı maliyyə naziri Samir Şərifov deputat Vüqar Bayramovun çıxışına cavabında deyib.

"Burada fərqlərin olmasına belə baxmayın. 41 milydarlıq büdcədə 187 milyonluq fərq o qədər də böyük deyil. Hesab etmirəm ki, biz bu prosesi dramatikləşdirməliyik".

Mənbə: unikal.az

Seçilən
8
2
unikal.az

3Mənbələr