AZ

Rüstəm Badasyan da Ermənistanın Dövlət Gəlirləri Komitəsinin rəhbəri vəzifəsindən istefa verdiyini açıqlayıb

Ermənistan Dövlət Gəlirləri Komitəsinin sədri Rüstəm Badasyan istefa ərizəsi ilə müraciət etdiyini bildirib. Missiya.Az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, Badasyan, getməsinə baxmayaraq, Dövlət Gəlirləri Komitəsinin əməkdaşlarının strukturun inkişafı üzərində işi davam etdirəcəyinə əminliyini ifadə edib.

“Əminəm ki, həm daha əlçatan xidmətlərin göstərilməsi, həm də vergi intizamının gücləndirilməsi istiqamətində görülən işlər öz nəticəsini verib, bundan sonra da verəcək və hər bir Ermənistan vətəndaşı dövlətimizin inkişafı üçün vergilərin ödənilməsinin vacibliyini dərk edir”, - o sosial şəbəkə hesabında yazıb.

Zərintac MayisqızıMissiya.Az

Seçilən
23
missiya.az

1Mənbələr