AZ

Şəhid bacısı ilə şəhid qardaşı nişanlandı - Fotolar

Beyləqanda şəhid qardaşı ilə şəhid bacısının nişan mərasimi keçirilib. 

“Qafqazinfo” xəbər verir ki, antiterror əməliyyatının şəhidi, rayonun Qəhrəmanlı qəsəbəsindən olan Rüstəmli Bəhruz Malik oğlunun qardaşı Mövlan və Vətən müharibəsi şəhidi, Birinci Şahsevən kəndindən olan İsmayılzadə Vaqif Vüqar oğlunun bacısı Əminənin nişanı olub. 

Şəhid ailələrinə, qazilərimizə qayğı ilə yanaşan Əziz Əzizov Beyləqan RİH Aparatının məsul şəxsləri ilə birlikdə şəhid qardaşının və şəhid bacısının xoş günündə onların yanında olub.

Beyləqan şəhərində yerləşən şadlıq saraylarının birində keçirilən nişan mərasimindən öncə vətən uğrunda canlarını fəda edən şəhidlərimizin əziz xatirəsinə bir dəqiqəlik sükut elan olunub. 

Hər iki gəncin valideynlərinə gözaydınlığı verən rayon rəhbəri səmimi ürək sözlərini, xoş arzularını çatdırıb. Bildirib ki, ən uca qürur mənbəyimiz olan şəhidlərimizin hər bir ailə üzvü xalqımız üçün böyük əmanətdir və dövlətimiz onları hər zaman yüksək qayğı ilə əhatə edir. “Acılarınız eyni idi, sevinciniz də eyni oldu” deyən icra başçısı həyat yollarını birləşdirən hər iki gəncə ailə səadəti və xoşbəxtlik arzulayıb. 








Seçilən
25
7
qafqazinfo.az

9Mənbələr