AZ

Naxçıvan iqtisadiyyatı cəmi 1,1% böyüyüb

Bu ilin yanvar-oktyabr aylarında Naxçıvan Muxtar Respublikasında ümumi daxili məhsul istehsalı 1 milyard 192 milyon 600 min 100 manat olub.

Kommersant.az Naxçıvan Muxtar Respublikanın Dövlət Statistika komitəsinə istinadən xəbər verir ki, bu, 2023-cü ilin müvafiq dövründəki göstəricidən 1,1% çoxdur.

Bu dövr ərzində əhalinin hər nəfərinə düşən ümumi daxili məhsul istehsalı 0,6 % artaraq 2 539,6 manat olub.

Sözügedən dövr ərzində sənaye məhsulu istehsalı 400 089,1 manat, kənd təsərrüfatı məhsulu istehsalı 304 608,6 manat, informasiya və rabitə xidmətləri istehsalı 29 259,9 manat təşkil edib.

Dövr ərzində əhaliyə göstərilən ödənişli xidmətlərin həcmi 0,6% artaraq 153 387,8 manata bərabər olub.

Eyni zamanda bu ilin 10 ayında əsas kapitala yönəldilmiş vəsaitlərin həcmi 4,6% artaraq 134 411,3 manat olub. Sözügedən dövr ərzində Muxtar Respublikanın pərakəndə ticarət dövriyyəsi 0,9% artaraq 1 007 150,9 manat təşkil edib.

Seçilən
12
13
kommersant.az

10Mənbələr