Hindistanın Uttar Pradeş ştatında xəstəxanada baş verən yanğında 10 körpə ölüb.
Publika.az xəbər verir ki, Chansi şəhərindəki Chansi Tibb Kolleci Xəstəxanasının neonatal reanimasiya şöbəsində naməlum səbəbdən yanğın baş verib.
Səhiyyə rəsmisi Saçin Mahor jurnalistlərə bildirib ki, reanimasiya şöbəsində 50-dən çox körpə var və onlardan 10-u ölüb. Mahor digər körpələrin yanğından xilas edildiyini bildirib.
Ştatın baş nazirinin müavini Brajesh Pathak da yanğının səbəbini tapmaq üçün araşdırma aparılacağını açıqlayıb.