AZ

Onlara təzyiq edilib? - Rəsmi cavab

“Abzas media” işi ilə bağlı cinayət məsuliyyətinə cəlb edilən jurnalistlər Sevinc Vaqifqızı, Elnarə Qasımova və Nərgiz Absalamovanın təcridxanada fiziki şiddətə məruz qalması barədə məlumatlar yayılıb.

“Qafqazinfo” xəbər verir ki, yayılmış iddialarda onların nəzarətçilər tərəfindən kobud rəftarla üzləşmələri, xəsarət almaları bildirilirdi.

Penitensiar Xidmətin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev sorğunuza cavab olaraq bildirib ki, iddialar həqiqəti əks etdirmir: “Həbsdə saxlanılan Sevinc Abbasova, Elnarə Qasımova və Nərgiz Absalamova Bakı istintaq təcridxanasında saxlandıqları müddətdə təzyiqlərə, işgəncələrə, qeyri-insani və ya ləyaqəti alçaldan rəftara məruz qalmayıb, hüquqları təmin edilir və qanuni mənafeləri qorunur.

Vəkil Aqil Layic görüş üçün iş vaxtının sonunda müraciət etdiyindən həmin gün görüş təqdim edilməyib, lakin növbəti gün konfidensial şəraitdə hüquqlarını müdafiə etdikləri şəxslərlə görüşməsi təmin olunub. 

Qanunvericilikdə nəzərdə tutulmuş məhdudiyyətlər istisna olmaqla təcridxanada saxlanılan hər bir həbs edilmiş şəxs həftədə iki dəfə 15 dəqiqəyədək müddətdə telefonla danışmaq hüququndan istifadə edir”.

Qeyd edək ki, “Abzas media” işi üzrə aparılan istintaqla saytın direktoru Ülvi Həsənli və baş redaktoru Sevinc Vaqifqızı, eyni zamanda direktor müavini Məhəmməd Kekalov və digər əməkdaşları - Hafiz Babalı, Nərgiz Absalamova və Elnarə Qasımova həbs ediliblər. Onların qaçaqmalçılıqda ittiham edilirlər.

Seçilən
19
2
qafqazinfo.az

3Mənbələr