AZ

İranın bu şəhərlərində yağıntının miqdarı azalıb

İranın Xuzistan, Sistan-Bəlucistan, İsfahan, Kohgiluye-Buyer Əhməd, Çaharmahal-Bahtiari və Lorestan əyalətlərində yağıntıların miqdarı təxminən 50-80 faiz azalıb.

AZXEBER.COM Tesnim Xəbər Agentliyinə istinadən xəbər verir ki, bu barədə İranın Energetika Nazirliyinə bağlı Su Ehtiyatları İdarəetmə Şirkəti açıqlama yayıb.
 
Belə ki, azalma tempi Şərqi Azərbaycan, İylam və Ərdəbil vilayətlərində 27-47 faiz, Əl-Borz, Buşəhr və Qərbi Azərbaycan vilayətlərində 18-25 faiz, Kirman və Zəncanda isə təxminən 5-7 faiz arasında olub.

Rəsmilər yağıntıların dəyişməsinin su ehtiyatlarına və kənd təsərrüfatına təsirlərinə diqqət çəkərək, planlı su idarəçiliyinə çağırıblar.
 
Mikayıl
Seçilən
16
azxeber.com

1Mənbələr